Təhlükəsizlik

Ərazi bütün giriş-çıxış nöqtələrində nəzarət buraxılış məntəqələri ilə yanaşı 24/7 saat mühafizə xidməti, fasiləsiz hərəkətli kameralarla çəkiliş, polis mühafizəsi ilə təmin olunub.

Ərazidə yüksük standartlara cavab verən yanğından mühafizə sistemləri quraşdırılıb və bununla biz sizin tam təhlükəsizliyinizi təmin etmiş oluruq.

Ərazidə yerləşən anbarlar Türkiyə istehsalı olan, 10 sm-lik sendiviç panellərlə inşa edib və buda sizə tempuratur rejiminin dəyişməsindən aslı olmuyaraq içəridə stabil tempuraturun saxlanmasına kömək edir. Həmçinin ambarlar xüsusi platformalı rampa sistemi ilə də təchiz olunub. Buda sizə yüklərinizin yüklənilməsində və boşalmasında vaxta və işçiyə qənaət etməyinizə şərait yaradır.

Ərazi yüksək gərginliklə işləyən transformator(3000 kva), stalibizator, generator və digər qurğularla təmin olunub. Həmçinin istehsal sahələri üçün ayrıca olaraq əraziyə su və qaz boruları çəkilmişdir.

Soyuducu anbarlar 7000 ton olmaqla, bütün müasir tələblərə cavab verir.

Anbarlar tam izoliyasyalı şəkildə inşa edilmişdir və buda sizə istənilən məhsulların tam təhlükəsiz saxlanılmasını təmin edir.